Validə Dadaşova
4 illik təcrübə
Fənlər
Səviyyələr
Tədris dili
Uyğun vaxt
Haqqında
Mən, Validə Dadaşova, Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Azərbaycan dili və ədəbiyyatı üzrə ali təhsil almışam. Dörd illik pedaqoji təcrübəyə malikəm. Bu müddət ərzində müxtəlif yaş qruplarından olan şagirdlərlə çalışmışam. Tədris prosesində əsas məqsədim şagirdlərə yalnız bilik vermək deyil, həm də onların müstəqil düşünmə və öyrənmə bacarıqlarını inkişaf etdirməkdir. Dərslərimi şagirdlərin yaşına, bilik səviyyəsinə və fərdi ehtiyaclarına uyğun qurmağa çalışıram. Mövzuları sadə, aydın və anlaşıqlı şəkildə izah etməyə xüsusi diqqət yetirirəm. 5–11-ci sinif şagirdləri ilə işləyir, məktəb proqramı, buraxılış imtahanları və DİM qəbul imtahanlarına hazırlıq istiqamətində dərslər keçirəm. Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlərlə işləmək təcrübəm var. Dərslər zamanı mövzuların izahı ilə yanaşı, test tapşırıqlarının həllinə, mətn üzərində işə və mütəmadi qiymətləndirməyə də yer verirəm. Hər bir şagirdin inkişafını izləməyi və çətinlik çəkdiyi mövzular üzərində əlavə işləməyi vacib hesab edirəm. Mənim üçün müəllimlik yalnız bir peşə deyil, eyni zamanda böyük məsuliyyət və davamlı inkişaf tələb edən bir sahədir. İnanıram ki, düzgün yanaşma, səbir və müntəzəm çalışma ilə hər bir şagird öz məqsədinə çata bilər.